“Hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir”. Buy sözləri Azərbaycan Prezidenti ilham əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.
Prezident hər bir məmurun qarşısına vətəndaşlara vicdanla xidmət etməyi başlıca vəzifə kimi qoyduğunu bildirib. Bəs bələdiyyə rəsmiləri necə vətəndaşlara göstərdikləri xidmət səviyyəsindən razıdırlarmı? Bələdiyyələrdə şəffaflığın təmin edilməsiylə bağlı sual eyni vaxtda 20 bələdiyyə sədrinə gondərilib. ilk olaraq bizə ünvanlanan cavabları oxucularımızın diqqətinə çatdırıq:
- ixtiyar Nəcəfov-(Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri) Cənab Prezident dəfələrlə məmurlara xalqa xidmət yollarını göstərib. Qaraçuxur bələdiyyəsinin rəhbərliyi vətəndaşlara xidmət etməkdən məmnunluq duyur və hesab ediri ki, cənab Prezidentin tapşırdığı kimi işgüzarlığımızı birazda artırmalıyıq bu yollda hamıya uğurlar diləyirik!
-Zahid Qasımlı (Mingəçevir bələdiyyəsinin komissiya sədri) - Bəli, məmurun vəzifəsi xalqa layiqli xidmət etməkdir. Məmur xalqın xidmətçisi olmalıdır. Bunu dəfələrlə hörmətli Prezident çıxışlarında vurğulayıb. Deməzdim ki, bütün bələdiyyə rəsmilərinin fəaliyyətindən, davranışlarından vətəndaşlar tam razıdır. Neqativ hallar hər yerdə var. Amma bir məsələni qeyd edim ki, bələdiyyələr digər qurumlardan fərqli olaraq, vətəndaşlar üçün daha əlçatandır, daha şəffafdır. Sakinlər problemləri barədə bələdiyyə rəsmilərinə daha asan müraciət edə bilirlər. Bələdiyyə rəsmilərinin qəbuluna düşməkdə çətinlik yoxdur. Çünki bələdiyyə seçkili orqan olduğundan, bələdiyyə üzvləri və qulluqçuları xalqla-seçiciləri ilə təmasda olmağa borcludurlar və bu, hesabatlılıq baxımından onların marağındadır. O başqa məsələdir ki, bələdiyyə rəsmiləri vətəndaşların bütün müraciətlərini- problemlərini layiqincə həll edə bilirlər, ya yox? Bu, artıq bələdiyyənin maliyyəsindən asılı bir məsələdir.
- Elçin Alasiyev (Zakatala rayonu Mosul bələdiyyəsinin sədri) Biz bir bələdiyyə qulluqçular həmişə çalışmışıq idarəyə gələn vətəndaşı razı salaq və bələdiyyədən gülə gülə getsin. 2015-ci ildə biz təzə bələdiyyə gələndə hamı deyirdi bu cavanlar nə iş görəcək. Sağolsunlar kənd cavanları bizə arxa dayandılar, biz seçildik, bugündə hamı bələdiyədən çox razıdırlar. 15 ildə kənddə görməyən işləri bu 4 ildə həyata keçirdik. Biz həmişə çalışmışıq vətəndaşla sıx əlaqədə olaq.
Belediyye.info