Dünya Tarixi şəhərlər Liqasının bülletenində azərbaycanlı bələdiyyə üzvünün elmi məqaləsi dərc olunub. Bu barədə şəki bələdiyyəsindən daxil olan məlumatda bildirilir ki, bələdiyyənin sədr müavini Gülnaz Salamovanın “şəki Azərbaycanın mirvarisidir” adlı məqaləsi Dunya Tarixi şəhərlər Liqasının bülletenində dərc olunub. Məqalədə şəkinın qədim tarixi abidələrı haqqında geniş məlumat verilib.
Qeyd edək ki, Gülnaz Salamova 1999, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə üzvü seçilib. 2005-ci ildən 2010-cu ilədək şəki Bələdiyyəsinin sədri olub, 2010-2015-ci illərdə bələdiyyə sədrinin birinci müavini olub.
2001-ci ilin may ayından Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Belediyye.info
|
|
|
|