Türkiyə şəhərlərində bələdiyyələrin kifayət qədər büdcəsi olduğuna görə, istənilən problem yarandığı zaman dərhal həllini tapır”. Bu barədə bizimyol.info xəbər portalına Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyin sədri Vüqar Tofiqli danışıb.
Onun sözlərinə görə, Türkiyə şəhərlərində valiliklər də var. Onların əsas məqsədi istənilən halda həmin ərazilərdə qanunverciliyin yerli özünüidarəetmə orqanlarında, bələdiyyələrdə icrasına nəzarət etməkdir.
“Valiliyin əsas funksiyası qanunvericliyin pozulmamasına nəzarət etmək və təhlükəsizliyin təmin edilməsi ilə bağlı olan məqamlardır”-deyən V. Tofiqli əlavə edib ki, Avropa şurası qarşısında öhdəliyimiz olan Azərbaycanda Böyük şəhər Bələdiyyələrinin yaranması məsələsi tam icra edilib başa çatdırılmalıdır.
Onun sözlərinə görə, müəyyən mənada bəhanələr gətirilir ki, bələdiyyələr buna hazır deyil. Ancaq növbəti seçkilərə qədər bələdiyyələrin azaldılması ilə bərabər, böyük şəhər bələdiyyələrinin yaradılması prossesini də həyata keçirə bilərik.
“Regional idarəetməyə üstülnük verməklə icra hakimiyyətinə aid olan səlahiyyətin bir qismini bələdiyyəyə verməklə Azərbaycan bələdiyyəsini dünya səviyyəsinə çatdırmaq mümkündür. Buna bizim şansımız var. Təsəvvür edin ki, bütün sahələrdə az-çox inkişafımız olsa da, nümunə gətirilə biləcək səviyyə olsaq da, bələdiyyə sistemində çox ciddi problemlər var. Bu problemlərin həllinə müvafiq orqanlar ciddi təşəbbüs göstərməli və bununla bağlı ciddi addımlar atmalıdırlar!”
iradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/443688.html