Təməli ümummilli liderimiz Heydər əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasında cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması, regionların sosial – iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən siyasət bu gün möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olundu ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmiş, həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Dövlət başçısı çıxışında xüsusi vurğuladı ki, ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.
2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. 2017-ci il dərin iqtisadi islahatlar ilidir və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir.
Ötən dövr ərzində respublikamızda bələdiyyə orqanlarının və yerli özünüidarəetmə institutlarının da inkişaf etdirilməsi üçün strateji məqsədlər müəyyən olunmuş, bu inkişafın təmin olunması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir. Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. Nəticədə son illər bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi - sosial inkişafa öz töhfələrini verməyə nail olmuşdur.
Ümumi işimiz, bütün fəaliyyətimiz sakinlərin rifahına, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəldilmişdir.
Bələdiyyə ilə əhali arasında münasibətlərin demokratik şəkildə həllində Məhəllə komitələri də mühüm rol oynayır. Ümumiyyətlə, hər zaman çalışmışıq ki, Məhəllə komitələrinin sədrləri, üzvləri əhali arasında yüksək nüfuza malik, fəal sakinlərimiz olsun və onların vasitəsilə əhali ilə sıx əlaqə yaradılsın. Hazırda ərazimizdə 40-dan çox Məhəllə komitəsi fəaliyyət göstərir. Onların sədrlərinin əksəriyyəti bu günki hesabat yığıncağında iştirak edirlər.
Bildiyiniz kimi Binəqədi Rayon icra Hakimiyyəti Başçısı Aparatının tövsiyələrinə əsasən bələdiyəmizdə ictimai – humanitar sektor yaradılmış, qarşıya qoyulmuş hədəfə uyğun olaraq fəaliyyət proqramı tərtib olunmuşdur.
Belə ki, həyata keçirdiyimiz “Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir” adlı aksiyası çərçivəsində şəhid Abdullayev Tahir əvəz oğlunun M.ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hazırlanan xatirə lövhəsinin önündə yad edilmiş, qəsəbə gənclərinin iştirakı ilə M.ə.Rəsulzadə qəsəbəsində yerləşən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Fərhad Hümbətovun, şəhid Ramiz Aboyevin və şəhid Arif Hüseynovun abidələri ziyarət edilərək, abidələrin ətrafı təmizlənib və qarşılarına güllər düzülmüşdür.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar şirvanşahlar Saray kompleksinə, “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə, Azərbaycan Milli Tarix Muzeyinə, Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə, Milli Musiqi günü ilə əlaqədar AzÓ™rbaycan Musiqi MÓ™dÓ™niyyÓ™ti DövlÓ™t Muzeyinə, kompyuter proqramlaşdırılması, dizayn və şəbəkə işi haqqında maarifləndirilmə üçün “Step iT Academiyası”na ekskursiyalar təşkil edilmişdir.
Hesabat dövründə bələdiyyəmiz tərəfindən həyata keçirilən mühüm layihələrdən biri rayonun 5 bələdiyyəsinin də iştirak etdiyi “Vergi olimpiadası” layihəsi olmuşdur. Binəqədi rayonu M.ə.Rəsulzadə qəsəbəsi üzrə “Vergi olimpiadası” layihəsi çərçivəsində qəsəbəmizin 5 məktəbini əhatə etməklə 3 qrup üzrə təhsil alan şagirdlərin vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün xüsusi metodiki vəsait əsasında hazırlanmış, testlərdəki sualların cavablandırılması vasitəsilə vergi olimpiadası keçirilmiş, qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici sertifikat və hədiyyələr təqdim edilmişdir.
Beynəlxalq Ana dili günü ilə əlaqədar Vahid əzizov adına 30 saylı məktəbdə, Beynəlxalq Hepatitlə mübarizə günü ilə əlaqədar Respublika Diaqnostika mərkəzində, “ 1 iyun Uşaqların müdafiəsi günü” münasibəti ilə “Dünya bizim dünyadır” layihəsi çərçivəsində qəsəbəmizdəki Heydər əliyev adına istirahət parkında tədbir keçirilmiş, Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətlə 20 saylı uşaq poliklnikasının həkim kollektivi ilə, Müəllimlər günü ilə əlaqədar olaraq qəsəbə məktəblərinin müəllim heyəti ilə görüşlər keçirilmiş, onlar fəaliyyətlərində uğurlar diləyərək təbrik edilmişlər.
Xalqımız ağsaqqal və ağbirçəklərə, elin və evin böyüklərinə, ziyalılara hörməti ilə daim seçilmiş, bununla əlaqədar kollektivimiz qəsəbə ziyalısı Kazımova Ziyafət Cavad qızının, bundan başqa qəsəbə ahılı, professor Babayev Adil Məhəmməd oğlunun evlərində görüşlər keçirilmişdir.
Bələdiyyəmiz gənc nəslin maarifləndirilməsini, bələdiyyələrin işi ilə yaxından tanış olmasını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə M.ə.Rəsulzadə bələdiyyəsi bir sıra universitetlərlə mütəmadi olaraq əməkdaşlıq edir. Hesabat ilində bələdiyyəmizdə ADA universitetinin, iqtisad universitetinin tələbələri ilə, eyni zamanda Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən Asan könüllüləri ilə görüşlər keçirilmişdir.
M.ə.Rəsulzadə Bələdiyyəsi ölkə mətbuatı ilə də sıx əməkdaşlıq edir, qəsəbə ərazisində görülən işlər barədə geniş ictimaiyyətə mətbuat vasitəsilə məlumatlar ötürməyə çalışır. O cümlədən, sakinlərimiz qarşısında hesabatlı olduğu kimi, mətbuat qarşısında da hesabatlılığı təmin edir. Belə ki, ötən dövrdə M.ə.Rəsulzadə Bələdiyyəsi də “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir çərçivəsində geniş məruzə ilə çıxış etmişdir.
Bələdiyyə tərəfindən Müqəddəs Ramazan və Qurban bayramları münasibəti ilə qəsəbə ərazsində yaşayan aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər, ahıl və kimsəsizlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlilləri və sağlamlıq imkanları məhdud olan sakinlər evlərində ziyarət edilərək, bayram sovqatı təqdim olunmuşdur.
Humanitar və sosial sahə ilə yanaşı qəsəbə ərazisinin təmizliyinə daimi nəzarət günün ən vacib məsələlərindən biri olmuşdur. Rayon rəhbərliyi tərəfindən M.ə.Rəsulzadə qəsəbəsində təmizliyi həyata keçirmək üçün 402 ədəd məişət tullantıları konteyneri, 2 ədəd MAZ - Haller zibil daşıyan və KAMAZ - KAO zibil daşıyan maşınları, 2 ədəd qabarit tullantıların yığılması üçün KAMAZ özüboşaldan maşınlar verilmişdir. Qəsəbəmizin 12 müxtəlif yerində nümunəvi məişət tullantıları meydançaları tikilmişdir. Qəsəbə ərazisindən dislokasiyaya əsasən bütün növ məişət tullantılarının yığılıb zərərsizləşdirilməsi üçün Balaxanı poliqonuna təhvil verilməsi tərəfimizdən həyata keçirilmişdir.
Hər il olduğu kimi hesabat ilində M.ə.Rəsulzadə bələdiyyəsi fəaliyyətini Prezident cənab ilham əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, yerli icra hakimiyyətinin tövsiyələrinə və bələdiyyənin 2017-ci il iş planına uyğun həyata keçirmişdir.
Mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial- maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər olmuşdur.
2017-ci ildə bələdiyyəmizin 14 iclası keçirilmiş, baxılan məsələlərə dair 36 qərar qəbul edilmişdir.
Ötən dövr ərzində 2 sərəncam imzalanmışdır.
Hər zaman olduğu kimi, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, ötən il bələdiyyəmizdə 247 vətəndaş müraciətinə baxılmışdır, (ötən illə müqayisədə 8 vahid az) o cümlədən
- Maddi yardım göstərilməsi ilə əlaqədar - 63
- Hərbi qulluqçuya icazə verilməsi üçün
Hərbi hissəyə müvafiq məktub verilməsi ilə əlaqədar - 26
- Vergi ilə bağlı şəxsi hesab kodunun yenilənməsi
yeni şəxsi hesab kodunun açılması, şəxsi yesab kodunun ləğv edilməsi
güzəşt hüququnu nəzərə alaraq, əmlak vergisindən azad
edilməsi və ya güzəşt edilməsi, vergi borcunun ödənilməsinə
dair itirilmiş qəbzlərin surətlərinin təqdim olunmas və vergi ilə
bağlı s. məsələlərlə əlaqədar - 84
- torpaq sahəsi ilə bağlı mübahisəli məsələlərin həll olunması
ilə əlaqədar - 49
- Məişət tullantıları konteynerlərin yerinin dəyişdirilməsi və
tullantıların yığışdırılması ilə əlaqədar - 6
- Küçə işıqlarının quraşdırılması, məhəllədaxili kanalizasiya
xəttinin çəkilməsi və təmir edilməsi, asfalt örtüyünün
vurulması ilə əlaqədar - 12
Vətəndaş müraciətlərindən 173-ü müsbət, 2-si qismən həll olunmuş və 72-nə müvafiq izahat verilmişdir.
Vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə 012 412-28-74 nömrəli qaynar xətt də fəaliyyət göstərir.
Sakinlərin bələdiyyənin fəaliyyətini mütəmadi izləyə bilməsi, eləcə də öz müraciətlərini bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün sosial şəbəkələrdə, o cümlədən Facebook sosial şəbəkəsində bələdiyyəmizin səhifəsi yaradılmışdır.
Hesabat ilində bələdiyyəmizə Mərkəzi və yerli icra hakimiyyətlərindən, naziliklərdən, komitələrdən, müxtəlif məhkəmə instansiyalarından eyni zamanda ayrı-ayrı cəmiyyət və təşkilatlardan 291 məktub daxil olmuşdur, o cümlədən tərəfimizdən 281 məktub göndərilmişdir.
Vətəndaşların müraciətləri əsasında aidiyyəti üzrə təqdim edilmək üçün 230 arayış verilmişdir.
Bələdiyyəmiz Rayon icra Hakimiyyətinin “Sakinlərin müraciət xidməti 1646” ilə də əlaqəli şəkildə işləyir. Hesabat ili ərzində “1646 xidməti” vasitəsilə vətəndaşlardan daxil olmuş 22 şikayət bizə ünvanlanmışdır. Bunlar Rəsulzadə qəsəbəsi bir neçə küçəsində asfalt örtüyünün vurulması, pilləkən qoyulması, iriqabaritli tullantıların, budanmış ağacların və məişət tullantılarının yığılması, zibil konteynerlərinin yerinin dəyişdirilməsi,üstü açıq kanalizasiya xəttinin tutulması və daşmasının qarşısının alınması, qazılmış asfaltın bərpa olunması, həyətinə və zirzəmiyə yağış sularının dolması və s. məsələlərdə ibarət olmuşdur. Müraciətlərin bir qismi tərəfimizdən operativ şəkildə həll edilmiş, digərləri isə həll edilməsi üçün aidiyyatı üzrə yönləndirilmiş və nəticəsi barədə RiH-nə məlumat verilmişdir.
indi isə M.ə.Rəsulzadə bələdiyyəsi üzrə 2017-ci ildə gəlir və xərclər haqqında məlumat vermək istərdim.
Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi iclasının 30.11.2016-cı il tarixli 29 saylı qərarı ilə 2017-ci ilin gəlir və xərcləri müəyyən edilərək, iqtisadi təsnifat üzrə gəlir və xərclərin bölgüsü aparılmaqla yerli büdcə 700000 (yeddi yüz min) manat həcmində təsdiq edilmişdir.
Təsdiq olunmuş büdcəyə əsasən iqtisadi təsnifat üzrə gəlir və xərclərin bölgüləri də aparılaraq təsdiqlənmişdir.
Bildiyiniz kimi, bələdiyyə büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarə haqqı və məişət tullantılarının daşınması üçün xidmət haqqı yığımından formalaşmışdır.
2016-ci ildə olduğu kimi, 2017-ci ildə də fiziki şəxslərdən Yerli vergi və ödənişlərin ödənişi xidmətedici banklar və Azərpoçt şöbələri vasitəsilə nağdsız ödəmə qaydasında həyata keçirilmişdir. Bələdiyyə tərəfindən yerli vergi və ödənişlərin qəbulu nağd şəkildə aparılmamışdır.
Ümumilikdə 2017-ci ildə proqnozlaşdırılmış cəmi 700000 manat gəlirə qarşı faktiki gəlir 718742 manat olmuş və büdcə 102,7 % yerinə yetirilmişdir.
2017-ci ildə proqnozlaşdırılmış 700000 manat büdcə xərclərinə qarşı faktiki xərclər 718361 manat olmaqla büdcə 102,6 % -lə yekunlaşmışdır.
Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərilməklə ayrılmışdır. Bələdiyyə iclasının qərarı ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər haqqında təqdim edilmiş hesabatlar (işin yerinə yetirilməsinə dair aktlar, qaimə - fakturalar, hesab - fakturalar, ödəniş qəbzləri və maliyyə-təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən sənədlər) uçot registrlərində yazılışlar üçün əsas götürülərək uçotda tam əks olunmuşdur.
Bələdiyyə maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri görmüşdür.
Yerli vergi və ödənişlərin ödənilməsi xidmətedici banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilmişdir. Bu sahədən xidmətedici banklara və Azərpoçtun şöbələrinə daxil olmuş vəsaitlərin mədaxil sənədləri növbəti gün qəbul edilərək uçota alınmışdır.
Bələdiyyədə təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən sənədlər, şöbələrin maddi-məsul şəxsləri tərəfindən Mühasibatlığa təhvil verilmiş hesabatlar və digər əhəmiyyət kəsb edən sənədlər üzrə əməliyyatlar qruplaşdırılıb müvafiq maliyyə
hesabları üzrə orderlərə yazılmış və nəticələr Baş kitaba və Dövriyyə balansına işlənmişdir. Hesabların sintetik uçotu aparılmaqla hər ay qalıqlar
çıxarılmışdır. Bələdiyyədə yerli büdcənin maddələr üzrə gəlir və xərclərinin uçotu aparılır.
Mühasibatlıq yerli büdcənin gəlir və xərclərinə dair hazırlanmış məlumatları tələb olunan formada hər ay Binəqədi rayon icra Hakimiyyətinə, Muzdlu işə görə vergi bəyannaməsini hər rüb Bakı şəhər Vergilər Departamentinə, Yerli büdcənin gəlir və
xərclərı haqqında və Ciddi hesabat blanklarının tətbiqinə dair məlumatı hər rüb Bakı şəhər Baş Maliyyə idarəsinə, işçilərin sayı, gəlirləri, sığorta haqlarının hesablanması və
ödənişlər haqqında Fərdi uçot əsaslı Vahid Rüblük hesabatı DSMF-nun iri Sığortaedənlərlə iş üzrə idarəsinə və bələdiyyənin fəaliyyətinə aid müxtəlif formalı hesabatları aylıq və rüblük hazırlayaraq Binəqədi rayon Statistika idarəsinə elektron poçtla vaxtında göndərilməsi təmin etmişdir.
Dövlət təşkilatlarına hesabatların hazırlanıb müəyyən edilmiş vaxtda təqdim edildiyindən heç bir cərimə və peniya ödənişi halları olmamışdır.
Qeyd etmək lazımdır ki, hesablamalar və ödəmələrin vaxtlı-vaxtında aparıldığından bələdiyyənin işçilərə əmək haqqı, Vergilər Departamentinə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmuş gəlir vergisi, DSMF-nun iri Sığortaedənlərlə iş üzrə idarəsinə 3 %
məcburi dövlət sosial sığorta haqqı və 22 % məcburi dövlət sosial sığorta ayırması borcu qalmamışdır.
Bələdiyyələr haqqında hər kəsin öz fikri olduğu kimi əslində hər bir ölkə də ayrı-ayrılıqda bu məsələyə özünəməxsus yanaşır.
Yerli özünüidarəetmə institutu dövlətlərin fərqli inkişaf səviyyələrindən asılı olaraq formalaşdırılır.
Dövlətlə yerli özünüidarəetmə müəyyən qarşılıqlı asılılığa malikdir. Dövlət yalnız yerli özünüidarəetmənin təşkilinin ümumi prinsiplərini müəyyənləşdirməklə kifayətlənmir, həm də onun fəaliyyətinə zəmanət verir. Eləcə də yerli özünüidarəetmə hüququnu qanunvericilik əsasında tanıyır və bu hüququn reallaşdırılması üçün mövcud olan nöqsan və çatışmamazlıqları yerli özünüidarəetmənin diqqətinə çatdırmaqla maddi hüquqi və institusional şəratin yaradılması vəzifəsini öz üzərinə götürür.
Görülən işlərə və eləcədə həyata keçirilən tədbirlərə baxmayaraq, istər görülən işlərdə, istər sakinlərə göstərilən qayğıda, istərsə də müraciətlərə baxılmasında işimizdən hələdə tam razı deyilik. Yekun olaraq qəsəbə sakinlərini əmin edirəm ki, M.ə.Rəsulzadə bələdiyyəsi 2018-ci ildə qəsəbənin bütün sağlam qüvvələrini öz ətrafına toplayaraq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığına səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.
Hümbət Hüseynov
Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri