Zakatala rayonu Muxax bələdiyyəsinin vergilərin idarə edilməsi şöbəsi Muxax bələdiyyəsi ərazisində yaşayan hər bir kənd sakininə müraciət edir
Müraciətdə deyilir:
“HÖRMəTLi VERGi ÖDəYiCiLəRiMiZ!
Yerli (Bələdiyyə) Vergi və ödənişlərin Avtomatlaşdırılmış Məlumat sisteminə işlənməsi işləri yekunlaşmışdır.
• Dəqiqləşmə aparılması üçün şəxsiyyət vəsiqənizlə Muxax bələdiyyəsinin vergilərin hesablanmasi şöbəsinə müraciət etməyiniz xahiş olunur.
• Xüsusi mülkiyyətinizə aid olan topaqlarının yerlərini dəyişən,topağını satan, ailə başcısı vəfat etmiş vətəndaşlarımız hüquqi sənədlərlə birlikdə bələdiyyəyə müraciət etməlidirlər ki, Məlumat bazasında 2018-ci il üçün vergilərin hesablanması aparılana qədər sistemdə dəqiqləşmə aparılması mümkün olsun
• Nəzərinizə catdırırıq ki, vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyyası tətbiq ediləcək.
• DiQQəT!!! DiQQəT!!! VERGiLəRiNiZi VAXTINDA BəLəDiYYə BÜDCəSiNə ÖDəMəYi UNUTMAYIN!!!
"Muxax bələdiyyəsi”