"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sakinlərə xəbərdarlıq edir: CəRiMəLəNəCəKSiNiZ

--2018-08-27 / 16:08

şəmkir rayon Cinarli qəsəbə bələdiyyəsi iməcilik təşkil edib. iməciliyin təşkilində əsas məqsəd yol ətrafina tökülən məişət tullantilari təmizlənmək olub. iməcilik də bələdiyyə üzvləri, qulluqçuları, kənd sakinləri və könüllülər iştirak edib.

Bələdiyyə sədri Arzu Qafarovun Belediyye.infoya verdiyi açıqlamaya görə, bələdiyyə hər ay qəsəbə ərazisində iməcilklər təşkil edir. Bu iməciliklərin keçirilməsinə əsasən müxtəlif maşın mexanizmlərdə cəlb edilir. Bələdiyyə sədri sayt vasitəsiylə sakinlərə bir daha müraciət etməyi unutmadı:

“əziz Cinarli qəsəbəsi və ətraf kəndlərin sakinləri, yol kənarına zibil tökməyin. Təmizliyə riayət edin. Belə hallar təkrarlanarsa Cinarli Bələdiyyəsi tərəfindən zibil tökənlər cərimələnəcəklər.Gəlin qəsəbəmizi təmiz saxlayaq.”

Belediyye.info

ŞƏRHLƏR