sorğu
Zakatala rayon Muxax bələdiyyəsinin təşkilatçılığı ilə ərazidə abadlıq işləri davam etdirilir. Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyənin sədri Valeh Abdullayevin verib.
Məlumatda bildirilir ki, bu günlərdə bələdiyyə ərazisində yaşayan sakinlərin çoxsaylı müraciətləri əsasında "Vərənə" yeni yaşayış sahəsində bərbad vəziyyətdə olan yola cınqıl daşınaraq təmir işlərinə başlanılıb.
əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə cınqıl daşınmış,yolda qrederlə hamarlanma işləri aparılıb.
Bələdiyyə sədri Valeh Abdullayevin verdiyi məlumat da o da qeyd edilib ki, bələdiyyə ərazisində abadlıq işləri qrafikə uyğun ilin sonunadək davam etdiriləcəkdir.
Belediyye.info