Ulu öndər Heydər əliyevin rəhbərilyi ilə hazırlanmış və 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi ilə qəbul edilən ölkə konstitusiyası yerli idarəetmə orqanlarının təşkili, fəaliyyətləri və digər məsələlərə dair qanunları özündə əks etdirmişdir. Konstitusiyaya əsasən Azərbaycanda yerli özünüidarəedən orqanlar kimi bələdiyyələrin çıxış etməsi və bələdiyyələrin seçkilər əsasında yaradıması təsdiq edilmişdir.
Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər.
Ölkədə 1999-cu il 12 dekabr tarixində ilk dəfə olaraq ümumxalq səsverməsinə əsaslanan bələdiyyə seçkiləri keçirilmişdir. Bu seçkilərin nəticəsi olaraq 22 min 657 nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünü idarəetmə orqanı yaradılmışdır.
2004-cü il 17 dekabrda Azərbaycan Respublikasında yerli özünüi darəetmə orqanlarına ikinci dəfə, 2009-cu il 23 dekabr tarixində isə 3-cü dəfə seçkilər keçirilmişdir.
2014-cu ildə Azərbaycanda artıq say etibarilə 4-cü olan bələdiyyə seçkiləri baş tutmuşdur. Bu proses və onun gedişatındaki şəffaflıq, uğurlu və qərəzsiz nəticələr Azərbaycanin vacib bir uğuru idi. Artıq Azərbaycan Respublikası yerli özünüi darəetmədə əvvəlkindən daha dərin təcrübəyə daha geniş qanunlar toplusuna və bu kontekstdə daha məhsuldar yerli özünüidarə qurumlarına sahib olmuşdur.
əsası ümummilli lider Heydər əliyev tərəfindən müəyyən edilmiş inkişaf konsepsiyasına uyğun olaraq ötən illər ərzində ölkəmizdə ardıcıl və məqsədyönlü islahatlar aparılmış, iqtisadiyyatın bütün sahələrində tərəqqinin təmin edilməsi üzrə mühüm tədbirlər həyata keçirilmiş, yeni, qabaqcıl texnologiyaya əsaslanan sənaye müəssisələri yaradılmış, əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşmışdır.
Azərbaycanda yerli özünüidarə institutu yaradılanda yuxarıda qeyd olunduğu kimi bələdiyyələrin sayı 2667 olmuşdur. Sonrakı dövrlərdə isə bu orqanların sayı artaraq 2757-yə çatmışdır.
Ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, idarəetmə sisteminin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin inkişafı məsələləri də diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuş, bələdiyyələrin işinin "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasına uyğun qurulmasının təmin edilməsi yönündə tədbirlər davam etdirilmişdir.
Yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün daha əlverişli şərait yaratmışdır.
Bələdiyyələrin fəaliyyətinin müasir səviyyədə qurulması, onların rolunun artırılması məqsədi ilə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli və 30 may 2014-cü il tarixli Qanunları ilə bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı 1606 qədər azaldılmışdr.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının 18 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilmişdir. Bu seçkilərdə respublika üzrə 1606 yabələdiyyəyə 15156 üzv seçilməlidir.
Odur ki, bələdiyyələrin ərazilərində yaşayan vətəndaşların özlərinin aktiv seçki hüquqularından istifadə edərək qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməklərini tövsiyə edirik.
Unutmayaq ki, yerli özünü idarəetmənin effektivliyi seçkilərdə fəal iştirakdan başlayır !
Bərdə Regional ədliyyə idarəsinin
böyük məsləhətçisi, kiçik ədliyyə
müşaviri Eldəniz ibrahimov