"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə seçkilərinin yekunlarına qısa bir nəzər

--2019-12-26 / 06:14

Sayca beşinci bələdiyyə seçkiləri başa çatdı. Qısa zaman kəsiyində seçkinin yekunlarıyla bağlı bəzi fikirlərimi bölüşmək istərdim. əvvəlcə MSK-nın fəaliyyətiylə bağlı diqqətimi çəkən bəzi məqamlara toxunaq.

  1. əvvəlki seçki proseslərində namizədlərin qeydiyyatıyla bağlı tez-tez rast gəlinən və təkrarlanan problemə bu dəfə rast gəlinmədi. DSK-lara müraciət edən hər kəs qanunauyğun şəkildə qeydiyyata alındı və hətta namizədlərə hüquqi yardım da göstərildi.
  2. MSK-nın seçkinin yekun nəticələrini və seçici fəallığıyla bağlı fikrilərini operativ şəkildə müəyyən mənada reallığı əks etdirməklə açıqlamasını pozitiv hal saymaq olar.
  3. Bu dəfə keçirilən seçkilərdə neqativ hallardan sığortalanmamışdı. Ancaq proses elə təşkil edilmişdi ki, hətta baş verən neqativ halın yerindəcə həll olması, o cümlədən o neqativin sosal mediaya çıxmaması prosesin düzgün təşkil edildiyindən xəbər verirdi. Hər halda neqativ halların faiz nisbətiylə azalması göz onündə idi.
  4. MSK-nın təbliğat lövhələrinin heç olmasa parlament seçkiləri öncəsi dəyişməsi və bu lövhələri müasir bir formaya salınmasına ehtiyac vardır. Açıq deyim ki, bu gün şəhərin bəlkədə görkəminə xələl gətirən o lövhələrin olmasındansa olmaması daha yaxşı olardı. Nəzərə alaq ki bələdiyyə seçkilərində bu lövhələrin demək olar ki, heç istifadə edilmədi. Bu da seçki təbliğatının passivliyindən xəbər verirdi.
  5. Ümumən götürəndə MSK-nın bələdiyyə seçkiləriylə bağlı fəaliyyətini müəyyən mənada məqbul saymaq olar. Seçkinin çox peşəkar şəkildə keçirildiyi göz önündə oldu.
  6. Seçki dövründə təbliğat prosesinin passiv olması açıq-aydın hiss olunurdu. Hətta, mən inanmasamda, bəzən sosial mediada artıq siyahıların hazırlandığı və hətta sədrin belə kim olduğunun deyilməsi, habelə bələdiyyələrdə gələcək siyasi liderlərin yetişdiyini nəzərə alsaq bəzi siyasi partiyaların seçkiyə passivlik göstərməsi də təəssüf hissi doğurur.

Bələdiyyə seçkilərini sözsüz ki, nə Prezident, nə də ki Parlament seçkiləriylə müqayisə etmək olmaz. Elə tək bir fakta görə ki, bir prezident və 125 nəfər Milli Məclisə üzv seçdiyimiz halda bələdiyyələrə 15.156 nəfər seçirik.

Fikrimcə, seçki ətrafında bəzi şaiyələrin yaranmasında əsas günah sahibi elə bizlərik, biz seçicilər. əgər bizim hər birimiz seçki məntəqəsinə gedib layiqli namizədə səs verərdiksə, onda heç deyilən bəzi neqativ hallara da rast gəlinməzdi. Seçici aktivliyinin 33 faiz olması bu günkü reallığı əks etdirsə də, bu rəqəmin daha çox olması üçün yaranmış münbit şəraitdən hər bir siyasi qüvvə vaxtında istifadə etməliydi.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR