"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri 2 beynəlxalq tədbirdə

--2016-06-21 / 18:07

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində  Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iyun ayında Fransa və Finlandiya ölkələrində səfərdə olub, iki ayrı tədbirdə iştirak edib.

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində idarəetmə Komitəsinin üzvü Hümbət Hüseynovun verdiyi məlumata görə, Konqresin bu dəfəki iclası Fransanın Orlean şəhərində baş tutub. Burada “şəhər və regionlarda radikallaşmaya qarşı mübarizə” və “Yerli özünüidarəetmədə korrupsiyaya qarşı mübarizə” mövzularında Konqresin strategiyası müzakirə olunub. Həmçinin, Konqresin oktyabrın 19-da Strasburqda keçiriləcək seçkilərində təmsil olunacaq şəxslərin, yeni tərkibin müəyyən olunması haqqında fikir mübadiləsi aparılıb.

Bələdiyyə sədri Hümbət Hüseynov bildirib ki, bundan başqa  Avropa şurasının Erasmus Youth layihəsi çərçivəsində Finlandiyanın Turku şəhərində olub. Burada “Gənclərin professional inkişafına dəstək və mobil təşkilatlanmanın artırılması” mövzusunda seminar keçirilib. Seminarda “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın təsirləri”, “Gənc iştirakçılığın prinsipləri”, “Gənclərin iştirakına dair Avropa  Xartiyası”, “Mənim şəhərim və ehtiyac təhlili”, “Yerli özünüidarəetmədə  beynəlxalq əməkdaşlığın inkişaf strategiyaları” mövzuları ətrafında müzakirələr, fikir mübadilələri aparılıb. Bələdiyyə sədri vurğulayıb ki, 32 dövlətin qatıldığı  Erasmus Youth layihəsində Azərbaycan, Gürcüstan, Finlandiya və italiya layihənin fəal iştirakçılarıdır.   

Belediyye.info

ŞƏRHLƏR