"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri ağsaqqallarla görüşüb

--2019-05-23 / 15:36

Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Məhərrəm əsgərov Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə parkında ağsaqqalarla görüş keçirib.

Görüş zamanı bələdiyyə sədri Binəqədi Rayon icra Hakimiyyəti başçısının imzaladığı 99 saylı 20.05.2019-cu il tarixli "Binəqədi rayonu ərazisində 2000-ci ilə qədər inşa edilmiş fərdi yaşayış evlərinin müəyyənləşdirilməsi " Sərəncamını ağsaqqaların nəzərinə çatdırmış onları maraqlandıran sulları cavablandırıb.

M.əsgərov ağsaqqallarla habelə vergi yığımının yaxşılaşdırılması yönündə də maarifləndirici söhbətlər aparıb.

Daha sonra ağsaqqaların asudə vaxtlarında istirahət etdiyi Sulutəpə parkına baxış keçirmiş, yararsız oturacaqların tezliklə yenisi ilə əvəzlənəcəyini bildirib.

Belediyye.info

ŞƏRHLƏR