sorğu
Füzuli rayonu Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib.
Belediyye.info xəbər verir ki, T.Nəbiyev bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Tural Nəbieyv Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə gedərək qeydiyyatdan keçib.
Bununla bağlı sosial şəbəkədə status paylaşıb. Statusu olduğu kimi paylaşırıq:
“Hər birimiz əsgərik bu vətənə. "VəTəN ÜÇÜN KÖNÜLLÜ" kimi qeydiyyatdan keçdik və keçirik. Rayonumuzda yaşlısı-cavanı, təcrübəlisi-təcrübəsizi fərq etmir təki qəlbində VəTəN sevgisi, VəTəNPəRVəRLIK hissi olsun hər kəs borcunu yerinə yetirir...”
Belediyye.info