sorğu
Xəzər rayonu Buzovna bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə qulluqçuları, habelə sədr və sədr müavini bu gün koronavirusa görə ilk peyvəndi vurdurmuşlar.
Bələdiyyə sədri Mətləb əliyev peyvənd vurulması zamanı hər hansı narahatlıq olmadığını bildirmiş, sakinləri peyvənd prosesində aktiv olmağa çağırmışdır.
Sədrin sözlərinə görə, bələdiyyə qulluqçuları bu prosesdə aktiv iştirak etməklə əhali arasında peyvəndləmə prosesi ilə bağlı maarifləndirmə işlərində aktiv iştirak etmişlər.
Belediyye.info
|
|
|
|