"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri dövlət qulluğuna keçib

--2019-04-26 / 10:57

şəmkir rayon Yuxarı Seyfəli Bələdiyyəsinin sədri Elxan Hüseynov dövlət qulluğuna keçməsiylə bağlı vəzifəsindən istefa verib. Bununla bağlı keçirilən bələdiyyə iclasında sədrin istefası qəbul edilib. iclasda həmçinin təşkilat məsələsinə baxılaraq bələdiyyə üzvü Ceyhun Daşdəmirov sədr seçilib.

Məsələyə aydınlıq gətirən sabiq sədr sosial şəbəkədəki profilndə məlumat paylaşıb. Məlumatı olduğu kimi təqdim edirik

“əziz dostlar, tanışlar başqa işə keçməyimlə əlaqədar olaraq Yuxarı Seyfəli bələdiyyəsinin sədri vəzifəsindən ayrıldım. 2014-cü il bələdiyyə seçkilərində mənə dəstək olan, səs verən hər kəsə təşəkkür edirəm. işlədiyim 4 il ərzində mənə dəstək olan başda şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və icra Hakimiyyətinin kollektivi olmaqla hər kəsə təşəkkür edirəm! Doğrudan da daim gənclərin yanında olan, gənclərə dəstək olan Cənab Başçımızın diqqətindən, qayğısından və həyata keçirdiyi layihələrdən ruhlanaraq kəndimiz üçün bacardığım qədər faydalı işlər görməyə çalışdım. işlədiyim müddətdə çətinliklərim də oldu ancaq bələdiyyədə işləmək mənim üçün böyük bir təcrübə oldu. Çox şey öyrəndim. 4 il şəmkir rayonunun ən gənc bələdiyyə sədri olmaq, 2015-ci ildə şəmkir rayonu üzrə "ilin bələdiyyəsi" seçilmək, kəndimiz üçün faydalı işlər görmək mənim nailiyyətlərim sırasına qatıldı.

Yeni işimdə də mənə tapşırılan vəzifəni layiqincə yerinə yetirməklə, dövlətimiz və xalqımız üçün faydalı olan işlər görməyə çalışacağam”

Belediyye.info

ŞƏRHLƏR