Belediyye.infoya daxil olan məlumata görə, Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Famil Məlikov Xəzər RiH başçısı G.islamovun müvafiq əmriylə Xəzər rayon icra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə icra nümayəndəliyin rəhbəri təyin edilib.
Bu təyinatdan sonra keçirilən Zirə bələdiyyəsinin iclasında sədr müavini vəzifəsində çalışan ibrahim Mütəllimov səs şoxluğu ilə sədr seçilib.
Belediyye.infoya daxil olan məlumatı Zirə qəsəbəsi üzrə icra nümayəndəliyin yeni rəhbəri Famil Məlikovda təsdiq edib.
Famil Məlikov kimdir:
Məlikov Famil Muxtar oğlu - 1991-ci ildə Bakı şəhərində anadan olub.
2008- ci ildə 120 saylı orta məktəbi bitirib.
Həmin ildə Milli Aviasiya Akademiyasma qəbul olunub.
2013-cü ildə həmin Akademiyanın Avianəqliyyat istehsalatın təşkili fakultəsini uğurla bitirib.
2014- cü ildə hərbi xidməti başa vurduqdan sonra bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib.
2015-ci ilin yanvarında bələdiyyənin ilk iclasında bələdiyyə sədri seçilib.
2017 –ci ilin fevralından Zirə qəsəbəsi üzrə icra nümayəndəliyin rəhbəri təyin edilib.
Belediyye.info