"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri dövlət qulluğuna təyinat alıb

--2018-11-21 / 20:55

Xəzər rayonu Türkan bələdiyyəsində sədr dəyişikliyi baş verib. 2015- ci ilin yanvarında sədr vəzifəsinə seçilən Firudin Məmmədov Xəzər Rih başçısı Gülağa islamovun müvafiq əmriylə Xəzər RiH başçısının Türkan qəsəbəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə təyinat alıb.

Türkan bələdiyyəsinin sədri vəzifəsinə isə bələdiyyə iclasında səs çoxluğu ilə Ağayev Mehman Ağaverdi oğlu seçilib.

Qeyd edək ki, bundan əvvəl M.Ağayev bələdiyyənin sədr müavini vəzifəsində çalışıb.

Bələdiyyədən bu dəyişikliyi təsdiq ediblər.

Belediyye.info

ŞƏRHLƏR