Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin həbs tələbi ilə göndərildiyi növbətçi hakim tərəfindən Kavak barəsində həbs qərarı çıxarılıb.
Fevralın 6-da mərkəzi Kahramanmaraşda olan iki güclü zəlzələnin baş verdiyi Qaziantepin Nurdağı rayonunda çoxlu bina dağılıb, yüzlərlə insan həyatını itirib. Zəlzələdən sonra uçan binalarla bağlı prokurorluq tərəfindən araşdırma başlanıb. Qaziantep boyu dağılan binalarla bağlı aparılan araşdırmalarda indiyədək nəzarətə alınan 22 nəfər həbs edilib, 80 nəfər haqqında həbs qərarı çıxarılıb.
O, Nurdağıdakı onlarla insanın həyatını itirdiyi ərazilərin və mənzillərin podratçısıdır. Nurdağı Bələdiyyəsi şurasının üzvü və Bölgə Komissiyasının üzvü Yunus Kaya cümə axşamı Mersində saxlanılaraq həbs edilib. Yunus Kayanın Nurdağı Bələdiyyə Başçısı Ökkeş Kavakın qardaşına məxsus tikinti şirkəti ilə ortaq layihələr həyata keçirdiyi müəyyən edilib. Nurdağı Bələdiyyə Başçısı Ökkeş Kavak islahiye Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb. islahiyeyə aparılan Kavakın ifadəsi alınıb.
Uçmuş binaların podratçısı Yunus Kaya ilə ortaq olduğu və tikinti mərhələsində bələdiyyənin etməli olduğu yoxlamaları həyata keçirmədiyi iddia edilən Ökkeş Kavak ilk ifadəsində; Zəlzələ fəlakətində çoxlu qohumunu itirdiyi, daha əvvəl podratçı işlədiyi, lakin bələdiyyə sədri olduqdan sonra şirkəti qardaşı Osman Kavaka verdiyini bildirib.
Evləri dağlmış zərərçəkmişlər binaların keyfiyyətli tikintisini yoxlamalı olan komissiya üzvünün, eyni zamanda tikinti şirkətinin sahibi olduğunu bildirirlər. Onlar iddia edirlər ki, tikinti aparılan zamanı komissiya tərəfindən heç bir keyfiyyətə nəzarət olunmayıb .
Qadir, Bizimyol.info
https://www.bizimyol.info/az/news/443804.html