"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri icra başçısından yazdı

--2017-04-21 / 21:03

Astara bələdiyyəsinin sədri Aygül Məmmədova Astara rayon sabiq icra başçısı, hazırda Biləsuvar  rayon icra başçısı olan Mahir Quliyev haqqında qeydlərini sosial şəbəkədə paylaşıb. Statusu olduğu kimi təqdim edirik:

“2007-ci ildə mən Astara şəhərinə işləmək üçün qayıtdığım zaman hörmətli Mahir müəllim Astara rayon icra Hakimiyyətinin başçısı idi. Onun nə qədər işgüzar olması və daim vətəndaşlar arasında olması bir sakin kimi bizi sevindirirdi. ilk dəfə məhz onun rəhbərliyi altında YAP-Astara rayon təşkilatının Gənclər Birliyinin sədr müavini seçildim. Bu vəzifə mənim həyatımda dönüş nöqtəsi oldu. Hər dəfə Mahir müəllimi gördüyüm zaman üzümdə təbəssümlə onu xatırlayıram. əminəm ki, bütün Astaralılar onu məhz belə xatırlayır. Sadə və mehriban...”

Belediyye.info

ŞƏRHLƏR