"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri il ərzində 530 nəfəri qəbul edib

--2017-02-16 / 03:54

Vətəndaş qəbulu ilə bağlı suallarımızı cavablandıran Qusar bələdiyyəsinin sədri əlfəddin ibrahimovun Belediye.infoya verdiyi açıqlamasında bildirlir ki,  qəbul  günlərində vətəndaşlar qeydiyyatdan keçdikdən sonra bələdiyyə sədrinin qəbulunda olurlar. Hər bir vətəndaş qəbullarının bələdiyyə əməkdaşları tərəfindən qeydiyyatı aparılır. Sədrin qəbul gününün  həftənin çərşənbə və cümə günləri 10:00 dan 13-00dək və 14:00- dan 17:00 dək müəyyən edilib. Bununla yanaşı bu istiqamətdə bələdiyyə vətəndaşlarla yerlərdə səyyar qəbullar təşkil edir.

Sədrin sözlərinə görə,  sədr tərəffindən 2016-cı ildə  530 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Sakinlərin qaldırdığı məsələlər komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapıb. Bələdiyyədə həmçinin  48 nəfər hərbiçinin gəlmə getmə qeydiyyatı aparılıb. Bələdiyyəyə edilən hər bir  müraciət  bələdiyyə iclaslarında  müzakirə edilir.

Belediyye.info

ŞƏRHLƏR