Ötən gün Mərdan Bəşirov adlı birinin email ünvanından Avrasiya.net saytı ilə yanaşı bir neçə sayta Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyevin Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin isgəndərova ayda 10 min manat verməsiylə bağlı yazı daxil olub.
Düzdür, Avrasiya.net ona daxil olun bu yazını vermədi. Səbəb isə H.Quliyevin Azərbaycanda olmadığına görə, onun da mövqeyini öyrənə bilməməsi olub.
Amma digər saytların verdiyi bu yazıda iddia olunur ki, guya Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevlə rayonun icra başçısı Xaləddin isgəndərov arasında ciddi narazılıq yaranıb. Narazılığa səbəb kimi, icra başçısının bələdiyyə sədrindən aylıq haqq istəməsi göstərilir. Yazıda göstərilir ki, Hikmət Quliyev keçmiş sədr ilham Xəlilovun yerinə qəfil gətirilmiş adamdır. Bu posta təyinat alanda da xeyli sevinibmiş. Lakin bu sevincin ömrü uzun çəkmir və Quliyev necə bir böyük bəlanın içinə düşdüyünün fərqinə varır.
Verilən məlumatda qeyd edilir ki, Xaləddin isgəndərov hər ay Hikmət Quliyevdən 10 min manat pul tələb edir. Mərdan Bəşirovun sözlərinə görə, icra başçısı bu addımını belə əsaslandırır ki, bələdiyyə sədrini elə-belə vəzifə başına keçirməyib: “Hikmət Quliyev də qollarını çırmayaraq, camaatın üzərinə düşüb. Bələdiyyə sədri qəsəbədə olan-qalan torpaqları da dəyər-dəyməzinə sataraq, borclarını ödəməyə çalışır. Lakin bu zaman onun ciddi problemlə üzləşdiyi də deyilir. Belə ki, sədr zəbt olunmuş əraziləri satışa çıxarıb”.
Mərdan Bəşirov daha sonra yazıb ki, Biləcəri qəsəbəsinin sakinləri bələdiyyə sədrinin əlindən prezidentə şikayət etməyə hazırlaşır. «Belə bir xəbər var ki, Hikmət Quliyev artıq Xaləddin isgəndərovun tələblərinə yerinə yetirə bilmir. Və bu səbəbdən də işdən çıxacağı gözlənilir. Həfədə Quliyevin düşməsinin başlıca səbəblərindən biri də odur ki, Xaləddin isgəndərov Binəqədidəki əksər bələdiyyə sədrlərinə söz deyə bilmir. Çünki onların bir çoxu qadındır. Ona görə də, Hikmət Quliyevi hədəfə alıb…
Avrasiya.net ona daxil olan mənbənin həqiqiliyini yoxlamaq məqsədilə M.Bəşirovun email adresinə bir neçə sual ünvanlayıb.
Maraqlı bir cavab aldıq: “Qardaş menim bele weyden xeberim yoxdu. Bunu yazanin bawi qnat eliyib. Xeberim yoxdu menim. Men Kurdemirde yawayiram. Kimse yazibsa parolumu sindirib yazib”.
Sən demə, saytlara daxil olun bu məktub saxtadır. Buradan da görünür ki, hansısa qüvvələr Biləcəri bələdiyyəsinə yeni təyin olunan H.Quliyevə böhtan atmaq, onu hansısa olaylara çəkmək üçün belə çirkin vasitələrdən istifadə edirlər.
M.Bəşirovun Avrasiya.net-in sorğusuna cavabını təqdim edirik: