"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri Komitə sədrinin qəbulunda olub

--2017-05-19 / 10:24

“Horadiz bələdiyyəsi düşmənlə təmas xəttində yerləşir. Horadiz bələdiyyəsinin xəritəsi bu günə kimi tamamlanıb bələdiyyəmizə verilməmişdir. ərazi tanınmadığından vergilərin yığımını həyata keçirməkdə çətinliklərimiz vardır.”- bu fikirləri Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev Belediyye.infoya açıqlamsında bildirib.

Sədrin sözlərinə görə,   2017-ci ildə bələdiyyənin ərazisinin tanınması üçün xəritəmiz verilərsə irəlləyişlər etmək olar. Vətəndaşların bələdiyyəmizə olunan müraciətləri müsbət yöndə öz həllini sürətlə tapar.

Qeyd edək ki, bələdiyyə sədri Tural Nəbiyev əMDK sədri K.Həsənovun bu məsələ ilə bağlı qəbulunda olmuşdur. Təəssüf ki, hələdə məsələ həllini tapmayıb.

Onu da qeyd edim ki, bələdiyyəmizin həyata keçirdiyi işlər, layihələr haqqında məlumat və şəkilləri bələdiyyənin Faceebook səhifəsində mütəmadi olaraq  yerləşdiririk.

Belediyye.info

ŞƏRHLƏR