Sabunçu rayon Ramana bələdiyyəsinin sədri intizar Rzayeva Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakulktəsinə daxil olmaqla amerikaşünaslıq ixtisası üzrə təhsilini davam etdirəcək. Magistraturaya daxil olmaqla bağlı sosial şəbəkədə paylaşılan məlumatı Belediyye.infoya sədrin özü də təsdiqləyib.
Xatırladaq ki, Rzayeva intizar Urfan qızı bundan əvvəl Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Dörd il ərzində fakültənin regionşünaslıq ixtisasına yiyələnib.
Sonra universiteti bitirdikdən ictimai sahədə fəaliyyət göstərib.
2014-cü ilin dekabr ayında bələdiyyə seçkilərində namizədliyini irəli sürərək bələdiyyə üzvü seçilib.
2015-ci ilin yanvarında isə bələdiyyənin ilk iclasında səsçoxluğu ilə Ramana bələdiyyəsinin sədri seçilib.
Qeyd edək ki, i.Rzayeva ən fəal və gənc bələdiyyə sədrlərindən hesab olunur.
Belediyye.info
P.S. Gənc bələdiyyə sədrini təbrik edirik.