"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri məktəbdə keçirilən tədbirdə iştirak edib

--2017-09-15 / 18:12

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 143 saylı tam orta məktəbdə tədbirdə iştirak edib. Sədr tədbirdə çıxış edərək müəllimləri, şagirdləri və onların valideyinlərini Bilik günü münasibəti ilə təbrik edib.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident ilham əliyevin qayğısı, Heydər əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident ilham əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Prezident ilham əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyyələrini verməsi Dövlət başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir edir....

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi 

ŞƏRHLƏR