ənkəranda bələdiyyə sədri və qohumlarının meşədən qanunsuz ağac kəsib daşıması iddia edilib.
ətraf ərazidə yaşayan sakinlər tərəfindən "Qafqazinfo"ya daxil olan məlumata görə, dekabrın 15-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində Lənkəran rayon Köhnəgəgir kənd sakinləri - Lənkəran rayon Gəgiran Bələdiyyəsinin sədri idris Novruzov, onun oğlu Aqil Novruzov, digər oğlu və eyni zamanda meşənin gözətçisi Nizami Novruzov və qardaşı oğlu Vüsal Novruzov qanunsuz kəsilmiş meşə materiallarını daşıtdırmağa çalışıblar.
Qeyd edilib ki, idris Novruzov və Nizami Novruzovun himayəsi ilə qanunsuz kəsilmiş meşə materialını (parket üçün material) daşıyan maşın ərazidən çıxarılarkən polis tərəfindən saxlanılıb. Qanunsuz ağac kəsmədə şübhəli bilinən şəxslər polis bölməsinə gətirilib, ilkin ifadələri alınandan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, sözügedən qohumlar bir neçə il öncə də meşədə qadağan olunan ərazidə qanunsuz ağaclar kəsən zaman Lerik Meşə Təsərrüfatı idarəsinin əməkdaşları ilə münaqişə yaşamışdı. Onlar idarə rəisi və bir neçə əməkdaşa həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirmiş, hadisə ilə bağlı cinayət işi başlanmışdı. Sözügedən dəstə üzvləri barələrində həbs qətimkan tədbiri seçilsə də, onlar məhkəmə tərəfindən azadlığa buraxılmışdı.
Amin Nəzərli
https://qafqazinfo.az/news/detail/belediyye-sedri-mese-agaclarini-kesdiridiyine-gore-saxlanilib-aciqlama-385678