Bu gün bələdiyyə sədri bələdiyyənin həır hansı təşkilata borcu olmaması üçün hansı addım atmalıdır?
Belediyye.info nun əməkdaşının sualını Sabunçu rayonu Pirşağı bələdiyyəsinin sədri şakir Quliyev cavablandırıb.
Sədr bildirib ki, bələdiyyə sədrinin rəhbərliyi ilə bələdiyyə üzvləri və qulluqçuları vergi yığımının vaxtlı-vaxtında yığılması üçün vergi ödəyicilərini maarifləndirməlidir. Onlarla mütəmadi olaraq görüşlər keçirməlidirlər. Vergi ödəyicilərinə qanunlarda nəzərdə tutulan vergilər haqqında məlumatlar verilməlidir.
Bu işlə təbii ki, bələdiyyə qulluqçuları və müfəttişlər müvafiq tədbirlər görürlər. Bələdiyyə, vergi borcunun ödənməsini mütləq hesab etməlidir. Qeyd edim ki, Pirşağı bələdiyyəsinin DSMF-yə və digər qurumlara hazırda borcu yoxdur.
Belediyye.info