şəki şəhər icra Hakimiyyətindən
AzVision.az-a bildirilib ki, F.Rüstəmovun maddi və psixoloji problemi olmayıb.
“Fətəli müəllim normal insan idi. icra başçısı ilə yaxşı əlaqələri vardı. Rayonun bütün tədbirlərində iştirak edirdi. Onun heç bir problemi yox idi. Ailəsində də problem olmayıb. iki oğlu var. Oğlanlarından biri yenicə hərbi xidmətdən qayıdıb. Fətəli müəllim oğlu üçün təmtəraqlı məclis təşkil etmişdi. ikinci oğu isə hərbi xidmətdədir. O, çox sakit və mehriban insan idi. Heç birimiz onun ölümünə inanmırıq.
Fətəli müəllim işə gec gəlib. iş yoldaşları onun meyitini kəndin yaxınlığında yerləşən qonaq evində asılmış vəziyyətdə aşkar ediblər”-deyə icra Hakimiyyətindən bildirilib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Hafiz əhmədov