Mingəçevir bələdiyyəsinin sədr və üzvlərinin növbəti səyyar görüşləri keçirilib.
Bu barədə məlumatı Mingəşevir bələdiyyəsi yayıb. Görüşlər “Tərəvəzçilik sovxozu” və “H.əliyev pr.49” məhəllə komitələrinin ərazilərində baş tutub. Bələdiyyə sədri Coşqun Abdullayev görüşlərdə sakinləri narahat edən problemlərin imkan daxilində həll olunacağını vurğulayıb. Məhəllə komitələrinin sədrləri yerli əhəmiyyətli məsələlərdən danışıblar.
Görüşlər zamanı məlum olub ki, “Tərəvəzçilik” məhəllə komitəsi ərazisində əsas problem torpaq sahələrinin suvarılması, su arxlarının təmizlənməsi və istifadədə olan torpaq və mənzillərin sənədləşdirilməsi sahələrindəki çətinliklərdir.
“H.əliyev 49” məhəllə komitəsi üzvləri məhəllədəki xeyir-şər mağarının təmirinə köməklik göstərilməsini xahiş ediblər.
Bələdiyyə sədri və üzvləri sakinlərə əmlak vergisi və icarə haqqlarının ödənməsinin vacib olduğunu bildiriblər.
Hər iki komitənin ərazisində qaldırılan problemlərin həlli üçün müvafiq komissiyalara tapşırıqlar verilib.
Belediyye.info
|
|
|
|