"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri olmuş icra başçısı

--2017-04-16 / 18:11

Hazırda bir sıra rayon icra başçıları icra hakimiyyətlərinin başçısı vəzifəsinə  təyin edilənədək bələdiyyə üzvü olmaqla müyyən müddət bələdiyyə sədri vəzifəsində çalışıblar.

Bu siyahıda olan  şəxslərdən biri də  Bakı şəhəri Nizami Rayon icra Hakmiyyətinin başçısı Arif Qasımovdur. 

Qeyd edək ki, Arif Qasımov 2004-2009-cu  illərdə keçirilən bələdiyyə seçkilərində namizədliyini verərək bələdiyyə üzvü, 2005-2010-cu illərdə  isə bələdiyyə sədri vəzifəsinə seçilib. O,  2011-ci ilin iyul ayından Siyəzən RiH başçısı təyin edilib.

Arif Qasımovu yaxından tanıyaq:

-Qasımov Arif Adil oğlu 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, şərur rayonu, Xanlıqlar kəndində anadan olub.  

Azərbaycan Dövlət iqtisad institutunu (indiki ADiU) iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.

əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon icra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon icra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2005- 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon icra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

Evlidir, üç övladı var.

Mənbə: http://nizami-ih.gov.az/page/20.html

https://az.wikipedia.org_

 

ŞƏRHLƏR