Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Məhərrəm əsgərov bələdiyyənin inzibati ərazisi olan “Motodrom” yaşayış massivində sakinlərlə səyyar görüş keçirilib.
Görüş zamanı bələdiyyə sədri sakinləri narahat edən problemlərlə yaxından tanış olmuş həlli istiqamətində söhbətlər aparmışdır. Bundan əlavə Məhərrəm əsgərov evlərin sənədləşməsi, vergi yığımının yaxşılaşdırılması və ərazinin təmiz saxlanılması haqqında maarifləndirici söhbətlər aparmışdır.
Bələdiyyədən daxil olan digər məlumata görə, Binəqədi rayonu icra başçısı Elxan Allahverdiyevin iştirakı ilə Motodrom ərazisində ağaclar əkilmiş sahədən tikanlı və qurumuş otların təmizlənməsi və suvarılması həyata keçirilmuişdir. Məlumatda bildirilir ki, bu günkü iməcliyimizi Xocəsən bələdiyyəsi olaraq ətraf mühitin qorunmasına həsr etdik.
Belediyye.info
|
|
|
|