sorğu
Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov şəhər sakinlərinin qəbulunu keçirib. Bələdiyyənin yaydığı məlumata görə, növbəti qəbulda Ağdam rayonundan olan məcburi köçkün və şəhid ailəsi - Hüseynova əfruz Nəbi qızını, şəhər sakini və şəhid atası ismayılov Nəsib Həsən oğlunu qəbul edib. Qəbulda 15 nəfərə yaxın şəhər sakini iştirak edib. Verilənn məlumata görə, sakinlər əsasən torpaq sənədləşməsi, vergi ödənişi, arayış və yardımla bağlı müraciətlərlə fikirlərini bildiriblər.
Qəbulda bəzi məsələlər yerindəcə öz həllini taparaq, digərləri ilə bağlı hüquqi yardım göstərilib.
Bələdiyyədən daxil olan məlumatda daha sonar qeyd edilir ki, blədiyyə sakinlərin qəbulu hər gün keçirilir.
Belediyye.info
|
|
|
|
|
|
|