"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri qəbul keçirib

--2017-07-04 / 16:23

Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov bu gün vətəndaşların qəbulunu keçirib. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.

Qəbulda olan şəhərin  C.Məmmədquluzadə  küçəsində yaşayan   Abbasova Ceyran Abbas qızı  odun üçün müraciət edib.  Sədr  məsələnin diqqətdə saxlayacağını və şəhərin abadlığı  zamanı  budanmış  ağacları vətəndaşa təqdim ediləcəyini bildirib.

Məmmədov ədalət  Salman  avtoqəza nəticəsində  aşmiş və  yararsız hala düşmüş  isıq dirəyinin düzəldilməsiylə bağlı razılığını  bildirib.

Hümbətov  Nürəddin Musa oğlu   E.əsədov küçəsində   yolun abadlaşdırılması  və səliqəyə salınması üçün müraciət edib. Vətəndaşın müraciətinə cavab olaraq  bildirilib ki, bələdiyyə iclasında qaldırılan məsələyə  baxılaraq plan üzrə icra olunması üçün tapşırıqlar verildiyi bildirilib.

Qəbulda vətəndaşlar tərəfindən  qaldırılan bələdiyyənin səlahiyyətinə aid olan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilmiş, bələdiyyənin səlahiyyətinə aid olmayan məsələlər isə  digər qurumlara müraciət edilməsi   məsləhət edilmişdir.

Ümumilikdə qəbul günü 20 nəfərə yaxın vətəndaş qəbul olunmuşdur.

Beeldiyye.info

ŞƏRHLƏR