"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri rayon icra hakimiyyətində yeni vəzifəyə təyinat alıb

--2023-02-01 / 14:32

Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov Bərdə RiH başçısı Vidadi isayevin müvafiq əmriylə Bərdə rayon icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və Vətəndaşların işləri ilə iş şöbəsinin müdiri vəzifəsində təyinat alıb.

Qeyd edək ki, Xəlilov Sadiq Vaqif oğlu 05 iyun 1975-ci ildə Bərdə şəhərində anadan olub.

01 sentyabr 1981-ci ildə Bərdə şəhər 1 saylı orta məktənin birinci sinifinə gedib. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Sənaye Universitetinin iqtisadiyyat və idarəetmə fakultəsinə daxil olmuşdur. 1996-cı ildə Mühəndis-iqtisadçı ixtisası üzrə Magistr dərəcəsi alaraq məktəbi bitirmişdir. 1997-2009-cu illərdə Rusiya Federasiyasının Moskva və Sankt- Peterburq şəhərlərində fərdi əməklə məşğul olmuşdur.

2009-cu ildən 2010-cu ilədək Bərdə şəhərində “Uğur” MMC- də iqtisadçı vəzifəsində işləmişdir.

2010- cu ildən 2012- ci ilədək Bərdə rayon icra Hakimiyyəti başçısı aparatının Ümumi şöbəsində kadr üzrə böyük müfəttiş, 2012-ci ildən 2015- ci ilədək Bərdə rayon icra Hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində işləmişdir. Dövlət qulluğunun kiçik referentidir.

2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2014-cü ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bələdiyyə üzvü seçilmişdir. 2015-ci ildə Bələdiyyə üzvlərinin keçirdiyi birinci iclasın qərarı ilə Bərdə bələdiyyəsinin sədri seçilmişdir.

Bərdə rayon icra Hakimiyyəti başçısı aparatında və Bərdə bələdiyyəsində işlədiyi dövrdə, özünü təşkilatçılıq qabiliyyətinə malik kadr kimi göstərmiş, ictimaiyyətin dərin hörmətini qazanmışdır.

1993- cü ildə atası Xəlilov Vaqif ismayıl oğlu və yeganə qardaşı Xəlilov Natiq Vaqif oğlu Qarabağ ugrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ailəlidir, dörd övladı var. 

P.S. Belediyye.info olaraq dəyərli insanı ürəkdən təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

ŞƏRHLƏR