Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyevanın Belediyye.infoya verdiyi açıqlamada hazırda bələdiyyənin qarşısında dayanan əsas məsələnin qəsəbənin təmizliyi olduğunu bildirib.
Sədrin sözlərinə görə, paytaxtın yük avtomobilləri üçün əsas gediş-gəliş yolları qəsəbə ərazisindən keçir. Həm bəzi vətəndaşlarımızın, həm sürücülərin məsuliyyətsizliyi nəticəsində qəsəbə küçələrində natəmizlik hallarına tez tez rast gəlinir. Odur ki, bələdiyyəmiz bir tərəfdən sakinlər arasında maarifləndirmə işləri aparmaqla yanaşı, könüllülər qrupu yaratmaqla qəsəbə küçələrində təmziliyi qorumağa çalışır. Artıq qəsəbəmizin Ramazanov, Q.Qarayev və Gülüstan küçələrinin bir qismi alaq otlarından və zibil tullantılarından təmizlənmişdir.
Üzünü sakinlərinə tutan sədr sayt vasitəsiylə müraciət etməyi də unutmadı:
“Binəqədi evimizdir - evimizin abadlığı isə hər zaman əhəmiyyət kəsb edir...
Bu gündən etibarən, qəsəbəmizin yaşıllıqlarının bərpasını həyata keçirməyə başladıq.
əziz sakinlərimiz, xidmətimizin ünvanı SiZlərsiz!
Aksiyamız davam etdiriləcəkdir.”
Bələdiyyənin həyata keçirdiyi humanıtar addımlara toxunan sədr bu aksiyaları mütəmadi olaraq keçirməyi də unutmadıqlarını dilə gətirdi.
Bu tipli layihələrin icrası bələdiyyə üçün prioritet istiqamətlərdən sayırıq. Sədrin sözlərinə görə, “Qəhrəman şəhər” BAKInın sayılı qalan VETERANLARI yaşayır. Qeyd edim ki, 9 May - QəLəBə GÜNÜ münasibətilə Binəqədi qəsəbə icra nümayəndəliyi və Binəqədi qəsəbə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbəmizdə yaşayan Böyük Vətən Müharibəsi veteranları ilə 1941-1945 parkındakı abidənin önünə tər qərənfillər düzdük. Həmçinin veteranlarımızın bayramını təbrik etdik!
Bələdiyyə sədri sonda sakinlərə diqqətiçəkən müraciət etməyi də unutmadı:
“2-4 aprel tarixlərində torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidimiz - Emin Bağırovun sabah 40 mərasimidir. Gəlin, sabah da şəhidimizin ailəsinin yanında olaq, bir olaq!
Məkan: isfahani küçəsi 2”
P.S.Bələdiyyənin həyata keçirdiyi layihələrin fotolarını oxucuların diqqətinə çatdırırıq.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|