"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri sakinlərə müraciət etdi

--2017-05-03 / 10:47

Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin yaydığı   məlumata görə, bələdiyyə iclasının qərarıyla  qəsəbənin   estetik görünüşünə xələl gətirən  köşklərin yığışdırılmasına start verilib. Həmin ərazilərdə bələdiyyə əməkdaşlarının və sakinlərin iştirakıyla  təmizlik işləri həyata keçirilib. Bununla yanaşı ərazidə  abadlıq işləri aparılıb.

Bələdiyyə sədri ixtiyar Nəcəfov Belediyye.infoya açıqlamasında bildirib ki, əsas məqsədimiz qəsəbədə  abadlığın  daim diqqətdə saxlanılması və sakinlər arasında maarifləndirmə işlərini aparmaqdır: “Bizim sakinlərdən əsas xahişimiz yerli vergiləri vaxtında verməklə yanaşı,   yaşadıqları ərazilərdə təmizliyin qorunmasında yaxından iştiraka nail olmaqdir”

Belediyye.info

 

ŞƏRHLƏR