"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri sakinləri təbrik edib

--2017-08-31 / 15:56

Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev kənd sakinlərini müqəddəs  "Qurban Bayramı" münasibətiylə təbrik edib.

Təbrikdə deyilir:

"Dəyərli sakinlərimiz!

Sizi dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər birinizə Muxax bələdiyyəsi üzvləri və  qulluqcuları adından səmimi arzularımı yetirirəm.
Ölkəmizin əmin-amanlığı və rifahı bundan sonra da davamlı olsun. Bu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizi təbrik edirəm. 
Qurban bayramınız mübarək olsun!

Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev"

Belediyye.info 

 

ŞƏRHLƏR