"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri sakinlərlə görüş keçirib

--2022-04-15 / 13:22

Mingəçevir şəhərinin “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivində Mingəçevir Bələdiyyəsi ilə sakinlərin görüşü keçirildi. Görüşdə bələdiyyənin sədri Ramiz əliyev, sədr müavini əli əliyev və şöbə müdiri Zahid Qasımlı iştirak etdilər.

Məhəllə komitəsinin sədri Mehman Məmmədov bələdiyyə nümayəndələrini salamlayaraq, sakinlərin əsas problemlərindən danışdı. Sakinlərdən Abbasov Bəşir, ismayılov isa, Məmmədov Qurban, Hüseynova Fatma, Hüseynova Rüxsarə, Məmmədov Teymur, Mahmudov əyyub və başqaları üzləşdikləri problemləri- suvarma, yol, sənədləşmə, işıqlandırma və s. məsələlər barədə məlumat verdilər. Bələdiyyə sədri R.əliyev qaldırılan məsələlərin bələdiyyə səlahiyyətində olan hissəsinin həlli ilə bağlı tapşırıqlar verəcəyini bildirdi.

Sonda göstərilən problemlərlə əlaqədar bir neçə əraziyə baxış keçirildi.

Mingəçevir bələdiyyəsi 

ŞƏRHLƏR