Astara bələdiyyəsinin yaydığı məlumata görə, hər həftə sonu Lənkəran sərhəd dəstəsinin zastavalarında açıq qapı günü keçirilir. Məqsəd rayon ictimaiyyətinin və əsgər valideynlərinin sərhədçilər üçün yaradılan nümunəvi şəraitlə tanış olmalarını təşkil etmək, habelə onların yataq, yemək şəraitləri ilə tanış etməkdir. Həmin açıq qapı günlərindən biri 22 may tarıxındə Astara rayon n saylı hərbi hissəsində keçirilib.
Astara Rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət dəstəsinin iştirakıyla təşkil edilən konsert proqramı sərhədçilər və onların valideyinləri tərəfindən alqışlanıb.
Bütün sərhəd zastavalarındakı "Açıq Qapı " günlərində iştirak edən Astara bələdiyyəsinin sədri Aygül Məmmədova sərhədçilər qarşısında çıxış edərək ürək sözlərini deyib. Tədbrii işıqlandıran “Region TV”-yə müsahibə verən A.Məmmədova sərhədçilərimiz üçün yaradılan şəraitə görə Ali baş komandan ilham əliyevə öz dərin təşəkkürünü bildirib.
Belediyye.info
|
|
|
|
|
|
|