Yerli-Demokratiya həftəsi çərçivəsində “Bələdiyyə -vətəndaş, vətəndan-bələdiyyə” əlaqələrini möhkəmləndirək” şuarı altında Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi, bina 33 ünvanında yerləşən xeyir - şər evində Binəqədi rayon Biləcəri bələdiyyəsi sədri H.Quliyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.
Görüşü Biləcəri bələdiyyəsi sədri H.Quliyev açaraq qəsəbədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Daha sonra bələdiyyə sədri H.Quliyev sakinlər qarşısında bələdiyyənin 9 aylıq hesabatını səsləndirdikdən sonra dəvət olunan qonaqlar və sakinlərlə canlı təmasda olmuş, onlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar izahatlar vermiş və bələdiyyənin məsul şəxslərinə məsələnin həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Belediyye.info