sorğu
02 iyun 2022-ci il tarixindən başlayaraq Səbail bələdiyyəsinin sədri Hacı əliyev, bələdiyyə üzv və əməkdaşları ilə birgə Səbail rayonunda yerləşən M.F. Axundovun adını daşıyan bağda vətəndaşlarla səyyar görüş keçirib.
Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib və sakinləri narahat edən məsələlər qeydə alınaraq həlli istiqamətində müvafiq instansiyalara göndərilməsi qərara alınıb.
Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.
Belediyye.info
|
|
|
|
|
|