sorğu
Beyləqan rayonu Türklər bələdiyyəsinin sədri Sabir Yunusov Belediyye.infoya maraqlı təkliflə çıxış edib. Bələdiyyə sədrinin sözlərinə görə, bələdiyyə üzvlərinin və xüsusəndə sədrlərin seçimi zamanı iki əsas məqama diqqət yetirilməlidir. Və bu məqam qanunvericilikdə öz əksini tapsa daha yaxşı olar. Birincisi bələdiyyə sədri vəzifəsinə ancaq təcrübəsi olan şəxslərin namizədliyi verilsin. Yəni sədr olmaq niyyətində olan bələdiyyə üzvü dövlət və ictimai işlərdə təcrübəsi olmalıdır. ikincisi isə sədrlik iddiasında olanların mütləq şəkildə ali təhsili olmalıdır.
Fikirmcə, bu təkliflər reallaşsa bələdiyyənin bu gün qarşıladığı problemlər də öz həllini tapmılş olacaqdır.
Belediyye.info