"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri təklif verir

--2016-08-31 / 04:06

Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyevin  Belediyye.infoya verdiyi məlumata görə,  son iki ildə əmlak vergisinin yığımında müəyyən irəliləyişlər əldə edilib. əgər 2014-cü ildə 53.714 manat əmlak vergisi yığılmışdırsa, bu rəqəm ötən il üçün 61.414 manat olub.  Cari ilin birinci yarısında  isə artıq 29.840 manat vəsait toplanıb. Bildirişlərin paylanıldığını bildirən sədr cari ildə əmlak vergisinin yığımında irəliləyişə nail olacaqlarını da dilə gətirib.

Bununla yanaşı sədr  yerli vergi və ödənişlərin hesablanması, tam və vaxtında ödənilməsini təmin etmək üçün təkliflər də verib.

M.Fətəliyevin sözlərinə görə, yerli (bələdiyyə) vergilər və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsini təmin etmək sahəsində bələdiyyələrin vergi xidməti orqanları bir sıra çətinliklərlə  üzləşirlər:

“Fiziki şəxslərdən tutulan torpaq və əmlak vergisi, habelə yerli ödənişlərin yığılması problemləri mövcuddur. Bələdiyyəmizin bu istiqmətdə apardığı təlilllərdən belə qənaətə gələ bilərik:

  1. Xaçmaz Bələdiyyəsinin ərazisində yerləşən xüsusilə son  illərdə inşa edilmiş fərdi evlərdə yaşayış yoxdur, mülkiyyətçilərin dəqiq ünvanı və ya olduğu yerin ünvanı məlum deyildir. Ona  görə də  onları vergi ödəyicisi kimi uçota almaq, torpağının və əmlakının vergisini düzgün hesablamaq, tədiyə bildirişi təqdim etmək mümkün deyildir.
  2. Qanunvercilikdə yerli vergiləri və ödənişləri ödəməkdən yayınan vergi ödəyicilərinə münasibətdə nəzərdə tutulmuş tədbirlər (vergi və ödənişlərin ödənilməsi barədə aktın tərtib edilməsi ona baxılması və ödəyici müvafiq ödənişləri könüllü ödəmədikdə bələdiyyənin məhkəməyə, yaxud  borc tələbi ilə icra məmuruna müraciət etməsi) qənaətbəxş deyildir. Qanunda Yerli vergiləri ödəməkdən yayınan ödəyicilərə münasibətdə yalnız 0,1 faiz məbləğində faiz hesablanması nəzərdə tutulmuş, bu vergilərin bilərəkdən vaxtında ödənilməməsinə, yaxud ödəməkdən yayınmağa görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır.
  3. Yerli ödənişlərin yığılmasında ən böyük çətinlik bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stansionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərin, bələdiyyənin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacağı üçün ödənişlərin və bələdiyyə ərazisində mehmanxana  xidməti göstərən şəxslərdən  alınan ödənişlərin yığılması sahəsində ortaya çıxır.

Küçədə qanunsuz ticarətlə məşğul olan şəxslərə faktik olaraq mövcud küçə-yol  şəbəkəsinin darısqal olması, mehmanxana xidmətləri göstərən şəxslərin bələdiyyəyə müvafiq ödənişləri etməkdən bilərəkdən yayındıqlarına görə onlara qarşı hər hansı bir inzibati yaxud maliyyə sanksiyalarının olmaması bu fəaliyyət növlərindən ödəmələrin yığılmasını demək olar ki, sıfır həddinə düşüb.

Yuxarıda  yazılanalrdan belə təkilfləri ümumiləşdirmək olar:

  • Yerli, məcburi ödənişlərdən yayınmağa görə inzibati Xətalar Məcəlləsinə müvafiq maddənin əlavə olunması məqsədə müvafiqdir.
  • Dövlət vergi xidməti, statistika və yerli vergi və ödənişlərin yığılmasını həyata keçirən bələdiyyələrin  vergi  xidməti orqanları arasında qarşılıqlı məlumat mübadiləsi təşkil olunmamışdır ki, bu da vergi ödəyicilərinin müəyyən edilib uçota alınmasını vergi nəzarətini çətinləşdirir.  Odur ki, yerli ödənişlərin düzgün hesablanmasını və ödənilməsini təmin etmək üçün “Bələdiyyələrin  vergi xidməti orqanı haqqında əsasnamə”də bələdiyyənin vergi xidməti orqanına həmin obyektlərdə xronoji müşahidələr aparmaq, nəticəsindən asılı olaraq hüquqi qərar qəbul etmək səlahiyyətlərinin verilməsi məqsədə müvafiq olardı.”

Belediyye.info

ŞƏRHLƏR