Siyəzən bələdiyyəsinin sədri Azər Babayev hazırda Siyəzən şəhərində vergilərin yığımında ciddi problemlərlə üzləşdiklərini dilə gətirib. Onun sözlərinə görə, maliyyə vəziyyətimizin ağır olması səbəbindən ixtisaslı kadrları işə cəlb edə bilmirik.
Sədrin sözlərinə görə, bələdiyyənin vergi xidmətinin ləğv edilərək, nazirliyin sərəncamına verilməsi daha məqsədə uyğun olardı. Yığılan vəsaitin xidmət haqqı kimi müəyyən hissəsi nazirliyin hesabında qalmaqla qalan vəsait bələdiyyə büdcəsinə köçürülərdi.
Fikrimcə, bu addımın atılması bələdiyyələrin fəaliyyətinə müsbət təsir edəcək, büdcə vəsaitlərinin artmasına səbəb olacaqdır.
Bu gün Veriglər Nazirliyinin bu vəsaitin toplanması üçün bütün şərait və imkanı vardır.
Xatırladaq ki, bundan əvvəl belə təklif bələdiyyə sədrləri tərəfindən səslənmişdi.
Belediyye.info