Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva maraqlı təkliflə çıxış edib.
Sədrin fikirncə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1 bəndinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlaklara görə verginin bələdiyyə tərəfindən hesablanmasında dəyişiklik edilməsi məqsədə uyğun olardı.
Belə ki, həmin bənddə “xüsusi mülkiyyətində” sözü “istifadəsində” yazılsaydı bələdiyyə vergilərinin toplanılmasında böyük irəliləyişə nail olmaq olardı.
Hazırda qəsəbədə 15.606 fərdi yaşayış evi olduğu halda, onlardan yalnız 670-nın rəsmi qeydiyyatı vardır.
Sədrin sözlərin görə, belə olan halda vətəndaşları vergiyə cəlb etmək mümkün olmur.
Sənədsiz evlərin sənədləşdiriməsi istiqamətində qanunvericilik bazasına əsaslı dəyişiklik edilməsi və zəbt edilmiş ərazilərə bələdiyyələr tərəfindən sənəd verilməsi hallarının asanlaşdırılması bələdiyyələrə vergi daxilolmalarının həcmini artıra bilər.
Belediyye.info