sorğu
“Bələdiyyə vergilərini ödəməyən və kifayət qədər borcu olan vətəndaşlara ölkədən çıxmağa qadağa qoyulsun”- bu fikirləri Belediyye.infoya Bakı şəhəri Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib. Sədrin sözlərinə hazırda borclu vətəndaşlarla bağlı bələdiyyə iclasının qərarlarını qanunvericiliyə uyğun olaraq ədliyyə nazirliyinin icra şöbəsinə ünvanlayırıq. Hazırda bələdiyyənin maliyyə vəsaitinin müəyyən hissəsini məhz icra şöbəsi vasitəsiylə əldə etdiyimiz vəsaitdir.
Sədrin fikrincə, qanunvericilikdə bu dəyişikliyin edilməsi nəticə etibariylə bələdiyyələrin büdcəsinə kifayət qədər əlavə vəsaitin daxil olmasına səbəb ola bilər.
Belediyye.info