Bu gün Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov üçün özəl, həm də yubiley günüdür. Altmışıncı on illiyi tamam olur. Ürəkdən təbrik edirik. Və arzu edirik ki, bələdiyyə sisteminin inkişafına bundan sonra da öz töhvəsini verməyi Allah qismət eləsin.
Mən Mirbaba Hüseynovu zəhmətkeş, Vətənini sevən və dövlətinə sədaqətlə xidmət edən bir vətəndaş kimi tanıyıram. Xeyli müddət əvvəl tanıdığım Mirbaba Hüseynovla demək olar ki tez-tez ancaq bələdiyyələrin uğur və problemlərindən danışır və hər dəfə də bizə təhlil aparmaq üçün mövzu verməkdən yorulmur. Həqiqətən “qatı açılmamış” mövzuları isə işləmək özümüzə də zövq verir.
Təvazökar insan olaraq özünün yox, tanıdığı və bəzən tanımadığı, hətta sevmədiyi insanın belə xahişini etməkdən çəkinmir. Təki problem öz həllini tapmış olsun. Problemin həlli onun sanki rahatlığı deməkdir.
Təbrik edirəm əziz dost!!!