Bu gün Xətai bələdiyyəsinin sədri əliyar əliyevin doğum günüdür. ilk bələdiyyə seçkilərindən bələdiyyə üzvü seçilən-əvvəl komissiya sədri, sonra sədr müavini, hazırda isə sədr seçilən əliyar əliyevə belə əziz gündə can sağlığı və bələdiyyə sisteminin inkişafına daha böyük töhvələr verməyi arzu edirəm.
Bəs əliyar əliyev kimdir?
əliyev əliyar Məcid oğlu 1954-cü ilin sentyabrın 27-də Gürcüstan Respublikasının Dmanisi rayonununda anadan olub.
1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun əzizbəyov kənd orta məktəbini bitirib.
1972-1974-cü illər ərzində hərbi xidmətdə qulluq edib.
1975-1977-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun qiyabi şöbəsində oxuya-oxuya Amasiya rayon Dövlət Sığorta idarəsində müfəttiş vəzifəsində işləyib.
1986-cu ildə Moskva Kooperativ institutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsini bitirib.
1977-1988-ci illər ərzində Amasiya rayon Tədarük idarəsində baş mühasib vəzifəsində işləyib.
1988-1999-cu illər ərzində Bakı şəhərində «Azərenerjitikinti» Trestinin nəzdində olan Fəhlə Təchizatı idarəsində müfəttiş, baş mühasib, müstəqil «Zəhmətkeş» kooperativində baş mühasib, “Ağbaba-92” kiçik müəssisəsində direktor, «Kurort» Səhmdar Cəmiyyətinin Kommersiya idarəsində rəis, 20 saylı Çörək zavodunda baş mühasib vəzifələrində çalışıb.
1999-cu ildə ilk bələdiyyə seçkilərində, 2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilib.
Hazırda Xətai bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Heç bir siyasi partiyanın üzvü deyil.
Evlidir, 2 övladı var.