"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri Vergilər nazirliyinə niyə dəvət edildi?

--2018-07-26 / 17:07

Nəsimi rayon ərazisində mehmanxanalarda gecələmələrin sayı barədə məlumatın alınması barədə N   əsimi bələdiyyəsinin 16.07.2018-ci və 17.07.2018-ci il tarixli etdiyi müraciətə əsasən bələdiyyə sədri Nazim Qaraxanov 24.07.2018-ci il tarixində Vergilər Nazirliyinin iqtisadi Təhlil və Ekspertiza Departamentinə məsləhətləşmələr aparılması   üçün Vergilər nazirliyinə dəvət edilib. Nazim Qaraxanovun Belediyye.infoya verdiyi məlumata görə, işgüzar şəraitdə keçən görüşdə nazirliyin rəsmiləriylə ciddi fikir mübadiləsi aparılmış, sədrin irəli sürdüyü təkliflər razılıqla qarşılanmışdır.

Nəticə etibaryilə qərara alınıb ki, bələdiyyə yenidən Vergilər Nazirliyi Vergi Auditi Departamentinin rəisi Camal Qasımova müraciət etsin. Bununla bağlı Nəsimi bələdiyyəsi məsələ ilə bağlı Vergilər nazirliyin müvafiq idarəsinə yenidən müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“"Yerli vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.4 maddəsinə əsasən bələdiyyə ərazisində yerləşən mehmanxanalarda qonaqların hər bir gecələməsi üçün sutkalıq 1,1 manatdan çox olmayaraq yerli büdcəyə ödəniş həyata keçirməlidir.Bu ödənişlər AR Yerli vergi və ödənişlər haqqında qanunun 11.2 maddəsinə əsasən hesabat formasında öz əksini tapmalıdır. Vergilər Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli 1517040100655900 nömrəli əmri ilə təsdiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait"ə 10 â„– li əlavəyə əsasən Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bu xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və bələdiyyəyə təqdim olunmaqla, növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki,bəzi mehmanxanalar tərəfindən hələ də bu məlumatlar bələdiyyələrə təqdim edilmir, vergidən yayınmaq məqsədi ilə reallıqdan çox uzaq olan dəfələrlə azaldılmış gecələmələr sayı göstərilir.

Belə ki, 2015-ci ildə Nəsimi Bələdiyyəsi ərazisində fəaliyyət göstərən mehmanxanalarda gecələmələrin sayı 187 920 olmuş, bu xidməti göstərən obyektlər tərəfindən isə 50 506 manat ödənişlər edilmişdir ki, bu da real rəqəmdən 156 206 manat azdır. 2016-cı ildə mehmanxanalarda gecələmələrin sayı 351 235 olmuş, 81 048 manat ödənişlər edilmişdir ki, bu da real məbləğdən 305 310 manat azdır. 2017-ci ildə mehmanxanalarda gecələmələrin sayı 487200 olmuş, 117 143 manat ödənizlər edilmişdir ki, bu da real məbləğdən 418 777 manat azdır. Keçən illərin statistik rəqəmləri göstərir ki, təkcə Nəsimi Bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərən obyektlər tərəfindən son üç il ərzində 880 293 ( səkkiz yüz səksən min iki yüz doxsan üç) manat məbləğində vergidən yayınma halı olmuş, bu qədər vəsait yerli büdcədən kənarda qalmışdır. Ölkə ərazisində son illər turizm infrastrukturunun dinamik inkişaf etdiyini və 1607 bələdiyyənin olduğunu nəzərə alsaq, gecələmələr haqqında düzgün verilməyən hesabatlar nəticəsində yüz milyonlarla ölçülən vəsaitin yerli büdcələrə daxil olmadığını müəyyən etmək olar.

Yuxarıda qeyd etdiyimiz acınacaqlı vəziyyət Nəsimi rayonu ərazisində yerləşən ixtisaslaşmış avtomobil dayanacaqlarında da mövcuddur.

Yuxarıda qeyd edilən məsələnin operativ və dəqiq həll edilməsi məqsədilə Bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnamənin 1.2 ; 1.3 ; 3.1.10 ; 7.3, habelə Vergi Məcəlləsinin 24.0.8, 24.0.12 ; 26.2 maddələrini əldə rəhbər tutaraq, Nəsimi Bələdiyyəsi ərazisində yerləşən , siyahısı qoşma vərəqdə qeyd edilən mehmanxanalar, eləcə də ixtisaslaşmış avtomobil dayanacaqlarında Departamentiniz tərəfindən 2015, 2016, 2017-ci illərdə keçirilmiş audit yoxlamaları barədə məlumatların alınması və gələcəkdə keçiriləcək audit yoxlamalarında Nəsimi bələdiyyəsinin vergi xidməti orqanının vəzifəli şəxlərinin iştirak etməsi üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik”

Belediyye.info

 

ŞƏRHLƏR