"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri vətəndaşların qəbulunu keçirib –BəRDəDə

--2017-07-15 / 11:34

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə,  sədr Sadiq Xəlilov vətəndaşların qəbulunu keçirib.

Bərdə rayon Mirzəxan kənd sakini şəmilov əziz Vilayət oğlu icarəsində olan Bərdə bələdiyyəsinə məxsus torpaq sahəsinin müqavilə vaxtının təkrar olaraq uzadılması üçün müraciyyət edərək sədrin qəbulunda olub. Sədr məsələnin öyrənilərək , qanunvericilik qaydasında icrası və sənədlər hazırlanması üçün müvafiq  tapşırıqlar verib. Qəbulda olan  Bərdə şəhər M.Cəfərov küçəsi ev 32 ünvanında yaşayan Həsənov isa imamqulu oğlu təqaüdçü kimi  vergi güzəşti üçün müraciyyət edib.

Məsələ ilə əlaqədar  sədrin qəbulunda olan vətəndaşa  lazımı sənədlərin bələdiyəyə təqdim edilməsi bildirilib. Sənəd təqdim edildikdən sonra bələdiyyə iclasının qərarıyla  güşəştin təqdim ediləcəyi  vətəndaşın diqqətinə çatdırılıb.

Qəbulda bununla yanaşı kimsəsiz və köməyə  ehtiyac  olan  sakinlərda bələdiyyənin diqqətindən kənarda qalmayıb. Beləki Bərdə şəhər H.əliyev prospekti  ev 94 ünvanında yaşayan Yusifova Ruqiyyə Məhəmməd qızı qəbulda olmuş və ona maddi yardım olunmuşdur.

Qeyd edək ki, bələdiyyə sədri vətəndaşların qəbulunu hər gün keçirir.

Belediyye.info

ŞƏRHLƏR