"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri vəzifəsindən istefa verib-CiDDi

--2018-09-13 / 15:55

şəki rayon Turan qəsəbə bələdiyyəsinin sədri Səyyad Mövlamov vəzifəsindən istefa verib. Bu barədə Belediyye.infoya daxil olan məlumatı S.Mövlamov özü də təsdiq edib.

əvvəlcə on beş aylıq fəaliyyətinə toxunan sədr bildirib ki, hazırda bələdiyyənin DSMF-yə 11 min manat borcu vardır:

“əvvəlki sədrlərin məsuliyyətsiz hərəkəti nəticəsində yaranan borcun 2.600 manatını 15 ay ərizndə ödəməyə nail olmuşam. Hörmətli Prezidentin mart sərəncamından sonra borcun peniya olan hissəsindən 380 manat silindi.

Bu gün iki min nəfərlik qəsəbənin bələdiyyəyə 76 min manat borcu vardır. Bir nəfər keçmiş RiH başçısının müavini işləmiş şəxsin bələdiyyəyə 16 000 manat borcu vardır. icra şöbəsinə versəkdə pulu ala bilməmişik. Məhkəmə təsmilçiləri isə bu borcun alınmasıyla bağlı mexanizmin olmadığını deyirlər. Bəs bələdiyyə nə etməlidir. Artıq 70 yaşındayam, ziyalı adamam, uzun illər müəllim, məktəb direktoru işləmiəm, mənim gücüm ancaq təbliğata çatır və nə etmşiksə, ancaq əhali arasnda maarifləndirməylə nail olmuşuq.

Bu gün bələdiyyə hər tərəfdən kömək göstərilməlidir. əhali bir tərəfdən, müvafiq qurumlarda digər bir tərəfdən.”

S.Mövlamovun sözlərinə görə, onun ərizəsinə bu günlərdə doqquz nəfərlik üzvü olan bələdiyyə iclasında baxılacaq və yeni sədr seçkisi də məhz həmin iclasda qərar veriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR