"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri YAP-ın ölkə üzrə təşviqat qrupuna üzv seçilib

--2016-07-29 / 19:31

Bu barədə məlumatı Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva öz Facebook səhifəsində yazıb.

Statusun tam mətnini təqdim edirik:

“Qarşıdan bütün ölkə vətəndaşlarının rifahı və hüquqlarının bir daha güclənməsi istiqamətində mühüm siyasi kampaniya - Referendum yaxınlaşır. Bu gün bir daha qürur duydum. Belə ki, üzvü olduğum Yeni Azərbaycan Partiyasının Binəqədi rayonu üzrə ilkin təşviqat qrupuna üzv seçildim. Həmçinin, partiyamızın sədri cənab Prezident ilham əliyev tərəfindən təklif edilən Referendum Aktının ölkə üzrə təbliğatçısı ola bilmək üçün Yeni Azərbaycan təşqivat qrupuna üzv seçildim. Bu məsul işi şərəflə və böyük məsuliyyətlə həyata keçirəcəyimə söz verirəm!”

Belediyye.info

ŞƏRHLƏR